Serbiyada skuterin alışması altı nəfərin ölümünə səbəb olub

Serbiyada dördü uşaq olmaqla altı nəfər elektrik skuterinin alışması nəticəsində həlak olub.

Lim10.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Faciə Novi-Sad şəhərində baş verib.

"Bu səhər Corc Dere küçəsindəki evdə baş verən yanğında dörd uşaq daxil olmaqla altı nəfər ölüb", - deyə daxili işlər naziri İvitsa Daçiç bildirib.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün detallarının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər.