Cenna Orteqa ilə Conni Depp sevgilidirlər?

Aktrisa Cenna Orteqa həmkarı Conni Depplə münasibəti barədə şayiələri təkzib edib.

Lim10.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"Bu mənə görə dəlilikdir. Mən heç vaxt belə bir şey deməmişəm. Jurnalistlər, doğrudan da, məqalələri üçün sitatlar uydururlar. Fikrimcə, bu, gülməlidir", - deyə aktrisa bildirib.

"Aktyor Riçard Qrant Conni Depplə görüşdüyümü soruşanda onu heç tanımadığımı dedim", - deyə Orteqa əlavə edib.

Qeyd edək ki, 21 yaşlı Cenna Orteqa ilə 61 yaşlı Conni Depp arasında eşq yaşandığı barədə şayiələri "Deuxmoi" bloqu yayıb.