Tramp: Kolumbiya prezidentinə qarşı da əməliyyat keçirilə bilər

Venesuelada Maduroya qarşı keçirilən əməliyyata bənzər bir əməliyyat  da Kolumbiya prezidenti Qustavo Petronuya qarşı keçirilə bilər.

Lim10.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, Kolumbiya kokain istehsal etməkdən və onu ABŞ-a satmaqdan zövq alan xəstə bir adam tərəfindən idarə olunur.

"Onun kokain fabrikləri var", - Tramp qeyd edib.
ABŞ-ın Kolumbiyaya qarşı əməliyyat keçirib-keçirməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp deyib: "Mənə cəlbedici gəlir".

Mürtəza