Almaniyada rekord bank soyğunçuluğu

Gelzenkirxendəki Sparkasse bankından təxminən 100 milyon avro oğurlanması ilə bağlı istintaqda ilk mühüm irəliləyiş əldə olunub. Polis soyğunçuların qaçışda istifadə etdiyi ehtimal edilən avtomobilə aid nömrə nişanlarını tapıb. Nişanlar Dortmundda zibil qutusunda aşkarlanıb və hazırda araşdırılır.
Soyğun 29 dekabrda üzə çıxıb: oğrular divarı sındıraraq dayanacaqdan seyf bölməsinə daxil olub, 3200-dən çox seyfi yarıblar. Şahidlər və müşahidə kameraları qara Audi RS6 avtomobilini və maskalı şəxsləri qeydə alıb. Zərərçəkənlərin sayı təxminən 2700 nəfərdir. Polis hadisəni “çox peşəkar” adlandırır.