"X" sosial şəbəkəsində bir sıra ölkələrdə fasilələr yaşanır.
Lim10.az xəbər verir ki, bu barədə avqustun 28-də məşhur internet resurslarının işinə nəzarət edən "Downdetector" xidməti məlumat yayıb.
Problem barədə bildirən istifadəçilərin 69%-i sosial şəbəkədə nasazlıq olduğunu, 25%-i saytdan şikayət etdiyini, 6%-i serverə qoşulmaqda çətinlik çəkdiyini bildirib. Avqustun 28-də səhər saatlarına olan məlumata görə, dünyanın bir neçə ölkəsindən 28 000-dən çox istifadəçi şikayət göndərib.
Qeyd olunub ki, ən çox şikayət ABŞ-dən gəlir.