İnternetdə 44 günlük Vətən müharibəsi də daxil olmaqla hərbi münaqişələr zamanı saxta xəbərləri ilə tanınan "War Gonzo" layihəsinin əsas siması Semyon Peqovun ölümü haqqında məlumat yayılıb.
Lim10.az-ın Smolensk-i.ru-ya istinadən verdiyi məlumata görə, avqustun 27-də gecə Donetskdə psevdojurnalistin olduğu avtomobil partladılıb və bundan sonra güclü yanğın baş verib.
Lakin sonradan bu məlumatlar "Feyklərlə müharibə" portalı tərəfindən təkzib edilib. "Telegram" kanalının müəllifləri qeyd ediblər ki, partlayış haqqında məlumatı heç bir mənbə təsdiqləməyib.
Semyon Peqovun sağ olduğunu daha sonra Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) müxbiri Andrey Rudenko da təsdiq edib.