Yeni nəsil "Audi Q5" - İlk təqdimat

"Audi" şirkəti özünün ən populyar yerüstü nəqliyyat vasitəsi adlandırdığı "Q5" krossoverinin yeni nəslinin ilk şəklini paylaşıb.

Lim10.az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Qeyd olunur ki, model əvvəlki kimi benzin, dizel və hibrid aqreqatlarla təchiz olunacaq, baxmayaraq ki, bəzi fərziyyələrə görə, yeni məhsul belə dəstlə təmin olunan sonuncu "Q5" olacaq. Tam təqdimat sentyabrın 2-nə planlaşdırılıb.

"Audi" şirkətinin baş direktoru Gernot Dellner bildirib ki, yeni "Q5"dan başlayaraq markanın krossoverlər xəttini daxiliyanma mühərriki əsaslı güc qurğuları ilə yeniləməyə başlayacaq. Hələlik texniki göstəricilər rəsmi olaraq açıqlanmayıb. İlkin məlumatlara görə, yeni "Q5" "MLB" platformasının modernləşdirilmiş versiyasında hazırlanıb və bu yaxınlarda debüt edilmiş "Audi A5" ailəsindən bəzi təkmilləşdirmələri götürəcək.

Yeni modelin satışının ilin sonuna yaxın başlayacağı gözlənilir, 2025-ci ildə isə xətt "SQ5"in yeniilənmiş versiyası və "Q5 Sportback"in çarpaz kupe versiyası ilə tamamlanacaq.

Bu il "Audi" həm də daha yığcam yeni məhsulu - dərindən modernləşdirilmiş "Q3" krossoverini təqdim edə bilər.