KİV: İndoneziya "Telegram"ı bloklaya bilər

İndoneziya pornoqrafiyanın mümkün yayılması və onlayn qumarın təşviqi ilə əlaqədar "Telegram" və "Bigo Live" yayım proqramını ölkədə bloklamağı düşünür.

Lim10.az xəbər verir ki, bu barədə "Jakarta Globe"a istinadən məlumat yayıb.

Ölkənin Rabitə və İnformasiya Nazirliyi artıq hər iki platformaya ciddi xəbərdarlıq edib. Bununla belə, nazir Buri Ari Setiadi "Telegram" və "Bigo Live"dan verilən cavabların "qeyri-kafi" olduğunu bildirib.

"Mən "Bigo Live" və "Telegram"ı dərhal bağlamağa üstünlük verərdim, lakin komanda əvvəlcə daha çox araşdırma aparmalıdır. Komandamız tərəfindən toplanan sübutlar əsasında hərəkət edirik. Pornoqrafiya və ya qumar reklamı ilə bağlı sübutlar tapsaq, platformaları bloklamağa davam edəcəyik", - deyə nazir qeyd edib.