"Şimal Axını" və "Şimal Axını 2" qaz kəmərlərinin partladılması işində Almaniya hakimiyyəti tərəfindən axtarışa verilən Vladimir Ş. Polşadan qaçaraq Ukraynanın Varşavadakı səfirliyindən avtomobillə ölkə sərhədini keçib.
Lim10.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı "ZDF" telekanalı və Danimarkanın "DR" radiostansiyası ilə birgə apardığı araşdırmadan sonra təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
"Onu sərhəddən keçirən avtomobil açıq-aydın özünün deyil. Təhlükəsizlik orqanlarındakı mənbələrin məlumatına görə, avtomobildə diplomatik nömrələr olub və Ukraynanın Varşavadakı səfirliyi tərəfindən istifadə edilib", - məlumatda qeyd olunub.