Belarus öz "YouTube"unu yaradır

Belarus Prezidenti Aleksandr Lukaşenkoya ölkənin öz "YouTube" platformasının yaradılmasının ilk mərhələsi barədə məlumat verilib.

Lim10.az bu barədə BELTA agentliyinə istinadən xəbər verib.

Belarus Prezident Administrasiyası rəhbərinin müavini Vladimir Pertsov bildirib ki, kanal Videobel.by adlanır.

O əlavə edib ki, layihə sentyabrın 12-də istifadəyə veriləcək.