Göygöldə yük avtomobili dəmir maneəyə çırpılıb: Xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1972-ci il təvəllüdlü V. Məmmədovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü ilə birgə sərnişin, 1983-cü il təvəllüdlü C. Məmmədov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.