Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Məmmədli qəsəbəsində qeydə alınıb.

28 yaşlı Şəmistan Məmmədov yolu keçərkən minik avtomobili tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.