"Növbədənkənar parlament seçkisini izləmək üçüm ümumilikdə 598 beynəlxalq qurum, 112 mindən çox isə yerli müşahidəçi iştirak edib".
Lim10.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, şəffaflığı təmin etmək üçün 1 000 məntəqədə veb-kameralar quraşdırılmışdı:
"Təbii ki, şəffaflıq baxımından bundan yuxarı nəticə yoxdur".
"Ən əsası isə - Azərbaycan seçiciləri ilk dəfə idi ki, bütün ölkə üzrə səs verirdilər. Azad edilən ərazilərdə 50-dən çox məntəqə yaradılmışdı. Bu istiqamətdə növbəti addımımız gələcək seçkilərdə azad edilmiş ərazilərdəki məntəqələrdə də veb-kameralar quraşdırmaqdan ibarətdir. Ən sevindirici hal isə ondan ibarətdir ki, Azərbaycanda seçki üçün azad şəraitin mövcudluğu, ictimai stabillik, müşahidə baxımından şəffaflıq təmin olunub, qanunvericiliyə əməl edilib", - deyə qurum sədri əlavə edib.
Mərahim Nəsib