İran oktyabrın 1-də Tehranın kütləvi raket hücumuna cavab olaraq İsrailin mümkün zərbəsinə hazırlaşır və bununla bağlı Rusiyadan peyk kəşfiyyatı üçün kömək istəyib.
Lim10.az "The New York Times"a (NYT) istinadla xəbər verir ki, bu barədə adı açıqlanmayan iki İran rəsmisi məlumat verib.
Müharibə planı ilə tanış olan və açıq danışmaq səlahiyyəti olmayan bu iki iranlı rəsminin sözlərinə görə, İran İsrailin hücumu öncəsi Rusiyadan peyk kəşfiyyatı sahəsində əməkdaşlıq istəyib.
NYT bu məsələ ilə bağlı heç bir əlavə məlumat verməyib. Rusiyanın bu müraciətə cavab verib-vermədiyi isə məlum deyil.