"Lim10.az " xəbər verir ki, Media Reyestrindən qeydiyyatdan keçən Cagdas.az saytının təsisçisi və baş redaktoru ixtisasca hüquqşünas olan jurnalist Xəqani Əliyevdir.
Saytın əsas məqsədi oxuculara doğru, operativ və obyektiv xəbərlər çatdırmaqdır.
"Cagdas.az" ölkədə və dünyada baş verən siyasi, iqtisadi, sosial, idman, mədəniyyət və texnologiya sahələrində ən son xəbərləri oxuculara çatdıracaq, həmçinin analiz və müsahibələr vasitəsilə hadisələrin daha geniş kontekstdə təqdim olunmasına önəm verərək informasiya məkanında etibarlı mənbə kimi çıxış edəcəkdir.
Həmkarlarımıza fəaliyyətlərində uğurlar arzu edirik!



















