Panama kanalında güc mübarizəsi: Dünyada 40-dan çox liman satıla bilər

ABŞ prezidenti Donald Trampın Çinin Panama kanalına təsirini məhdudlaşdırmaq istəyi, Çini ən böyük dənizçilik şirkəti "Cosco" vasitəsilə limanların çoxluq payı tələb etməsi ilə əngəllənib.

Lim10.az xəbər verir ki, "The Wall Street Journal"a görə, sözügedən satış Panama kanalındakı iki limanı və dünya üzrə 40-dan çox limanı əhatə edir.

Limanlar Honq Konq mərkəzli "CK Hutchison" şirkətinin nəzarətindədir. "BlackRock"un rəhbərliyi ilə bir konsorsium və konteyner daşımacılığı şirkəti "Mediterranean Shipping Co." (MSC) mart ayında Trampın "Hutchison" və limanların Çinlə əlaqəsinə dair təhlükəsizlik narahatlıqlarını bildirməsindən sonra bu aktivləri 22,8 milyard dollara almaq üçün razılığa gəlmişdi.

Lakin xəbərlərə görə, razılaşma Pekini qəzəbləndirib. Mənbələr bildirirlər ki, Çin əvvəlcə dövlət dəstəkli "Cosco"nun bərabər tərəfdaş olaraq prosesə daxil edilməsini istəmişdi, indi isə tələblərini artıraraq çoxluq payı tələb edir. Çin Cosco’ya çoğunluq payı verilməsə, razılaşmanı əngəlləməkdə hədələyir.

Dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən "BlackRock" və "MSC Cosco"ya bərabər tərəfdaşlıq verməyə açıq olsa da, limanların idarə edilməsində çoxlq və veto hüququ tələbini qəbul etməyəcəklərini bildiriblər.

Ağ Evdən bir rəsmi qeyd edib ki, prezident Panama kanalının Çin nəzarətində olmasının qəbuledilməz olduğunu, bunun ABŞ-Panama müqaviləsini pozduğunu və milli və iqtisadi təhlükəsizliyimizi riskə atdığını açıq şəkildə bildirib.

Mənbələr razılaşmanın indi həll edilməyən bir nöqtəyə gəldiyini bildirirlər. Yüksək səviyyəli bir Çin rəsmi isə Pekinin limanların idarəsini ABŞ ilə aparılan genişmiqyaslı ticarət və gömrük tarifləri danışıqlarında bir sövdələşmə vasitəsi kimi istifadə etmək istədiyini bildirib.

"Hutchison" və "Cosco" son tələblərlə bağlı şərh verməyib, MSC və "BlackRock" da açıqlama verməkdən imtina edib. "Hutchison"un həmsədri Frank Sixt avqust ayında investorlara açıqlamasında bildirib: "Bu qədər böyük və mürəkkəb razılaşmanın 2026-cı ildən əvvəl tamamlanması çətindir".

"Hutchison"un liman gəlirləri, ABŞ gömrük tarifləri tətbiq olunmadan əvvəl artan daşımalar sayəsində 2025-ci ilin ilk yarısında illik 9% artıb. "Hutchison"un səhmləri isə bu il Honq Konqda 30%-dən çox dəyər qazanıb.

Hər il milyonlarla ABŞ istiqamətli konteyner "Hutchison"un kanal üzərindəki "Balboa" və "Cristobal" limanlarında yüklənir və boşaldılır. Panama Kanalı İdarəsinə görə, ABŞ konteyner trafikinə daxil olan hər 100 konteynerin 40%-dən çoxu Asiya ilə Amerika arasında bu su yolundan istifadə edir.

Çinli rəsmi şəxslər, "Cosco" razılaşmadan xaric edilərsə, Pekinin "Hutchison"un satış planını əngəlləyəcəyini "BlackRock", MSC və "Hutchison"a bildirib.

WSJ-yə görə, Çin Ticarət Nazirliyi əvvəlki qlobal birləşmə və satınalmalarda araşdırma hüququnu istifadə edərək, siyasi motivli dəyişikliklər tələb etmişdi. Bu razılaşmada da Çin üçün əhəmiyyətli bir koz olduğu bildirilir, çünki "BlackRock" və "Hutchison"ın Çində ticarət maraqları var, MSC isə Çin ixracının dünyaya daşınmasında əsas rol oynayır.

Panama Kanalı İdarəsi isə kanalın hər iki sahilindəki əraziləri konteyner limanı kimi inkişaf etdirmək üçün satışa çıxarmağa hazırlaşır. İdarənin prezidenti Rikaurte Vaskuez Morales ihalenin yanvar ayına qədər tamamlanmasını və dünyanın ən böyük dənizçilik operatorlarından təklif gəlməsini gözlədiklərini bildirib.(qaynarinfo)