Zəncir çeynəyən İran Azərbaycana “Bakı Respublikası” deyir
Elbəyi Həsənli
Iranın “Arman-e Emrooz” nəşri anti-İran mövqeyində olan Azərbaycanı yerində oturtmaq üçün 9 təklif verib:
1) İran İslam Respublikasının Xəzər dənizində donanmasının gücləndirilməsi, müxtəlif tipli gəmilərin inşası və Xəzər Azad Zonasına Rəşt dəmir yolunun tamamlanması yolu ilə Rusiyaya dəniz dəhlizinin alternativ marşrutundan daha çox istifadə edilməsi.
2) Çabahardan Zahedan dəmir yolunun tamamlanması - Azərbaycan Respublikasında Talış və Ləzgi, Türkiyədə Kürd və Ələvi kimi məzlum qrupların dəstəklənməsi və onların Tehranda nümayəndəliklərinin yaradılmasına zəmin hazırlanması (Türkiyə və Bakının etdiyi kimi)
3) Hüseyniyəçilərə daha ciddi dəstək və onların geniş mədəni, elmi və dini imkanlarından istifadə etmək.
4) Ermənistan Respublikasının Təbrizdə Konsulluğunun ən qısa zamanda açılması.
5) Üçtərəfli müdafiə və iqtisadi saziş imzalamaq üçün Rusiya və Ermənistanla aktiv diplomatiya.
6) Gürcüstanla daha geniş iqtisadi əməkdaşlığın qurulması (İran-Ermənistanın Avropa ilə əlaqəsi üçün körpü kimi).
7) İran və Gürcüstan arasında ümumi siyasi-təhlükəsizlik və iqtisadi-kommersiya maraqlarının müəyyən edilməsi.
8) Çeçenistan kimi müsəlman əhalisi olan keçmiş sovet respublikaları ilə iqtisadi, siyasi və mədəni əlaqələrin artırılması, Bakı Respublikası üzərindən gələn NATO təhlükəsinə diqqətin yönəldilməsi.
9) İranın Mərkəzi Asiya və Qafqazda xalq diplomatiyasının ciddi şəkildə gücləndirilməsi.
Gördüyünüz kimi, İran nəşri o qədər qəzblidir ki, Azərbaycan Respublikası yerinə Bakı Respublikası yazır.
Əlbəttə, bu, çiy söhbətdir. İran talış və ləzgilərdən, eləcə də digər etnik qruplardan Azərbaycana qarşı həmişə istifadə etməyə çalışıb. Ancaq elə bir uğur qazanmayıb. Bundan sonra qazanması da mümkün deyil.
İranın Gürcüstanda nüfuz sahibinə çevrilməsi qeyri-mümkündür. Çünki Gürcüstan Türkiyə və Azərbaycanla əlaqələrindən ciddi paralar qazanır. İran Gürcüstana bundan artığını təklif etmək gücündə deyil.
İranın Mərkəzi Asiya və Qafqazda söz sahibi olması da mümkün olan şey deyil. Çünki bu ərazilər həm etnik, həm də təriqət baxımından İrandan fərqlənirlər və bu ərazilərdəki xalqların Türkiyəyə olan simpatiyanın heç onda biri İrana şamil deyil...