Almaniya, ABŞ, Fransa və Böyük Britaniya liderləri - Kansler Olaf Şolz, prezidentlər Co Bayden və Emmanuel Makron və Baş nazir Kir Starmer Berlində Kiyevə əlavə yardımın göstərilməsi imkanlarını və Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin həlli planını müzakirə ediblər.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Dörd ölkənin liderləri Ukraynaya əlavə təhlükəsizlik, iqtisadi dəstək və humanitar yardım göstərilməsi planlarını müzakirə ediblər", - məlumatda bildirilir.
Öz növbəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransı zamanı qeyd edib ki, Britaniyanın iyulda Kiyevə tədarük edəcəyinə söz verdiyi hərbi texnikanın 95%-i artıq təyinatı üzrə göndərilib.
Onun sözlərinə görə, Berlində danışıqlar zamanı müttəfiqlərin Ukraynaya başqa hansı imkanlar, avadanlıq və resurslar verə biləcəyi müzakirə olunub.