Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) istehsal edib.
Lim10.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunur ki, "TALAY" adlı PUA oktyabrın 22-26-da SAHA EXPO-da nümayiş olunacaq.
Məlumata görə, bu texnika müdafiə və hücum funksiyalarına malikdir. Sözügedən PUA növü düşmən gəmilərini və dəniz kənarındakı obyektləri vurmaq, dəniz üzərində sürətli manevr və müdaxilə üçün nəzərdə tutulub.
PUA dəniz səviyyəsindən 150 metr hündürlüyə qədər qalxa bilir. Sürəti saatda 200 kilometrdir. Havada 3 saat qala bilir. Həmçinin, 30 kiloqram yük daşımaq qabiliyyətinə malikdir.
Bundan başqa, "TALAY"ın elektrikli modelinin də üç ay sonra hazır olacağı gözlənilir.