"Hizbullah" hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahına dronla hücum edib.
Lim10.az bu barədə "RIA Novosti"yə istinadən xəbər verib.
Qeyd olunub ki, məlumatı İsrail baş nazirinin ofisi də təsdiq edib.
Məlumatda vurğulanıb ki, hadisə vaxtı Benyamin Netanyahu və ailəsi Qeysəriyyədəki evində olmadıqlarından heç kim xəsarət almayıb.
Hadisədən sonra evin ətrafı nəzarətə götürülüb, hadisə yerinə təcili yardım maşınları və polis qüvvələri gəlib.