Rusiyanın Tambov vilayətinin Kirsanov şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən qaz partlayışında ölənlərin sayı dördə çatıb.
Lim10.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Son məlumatlara görə, hadisə nəticəsində doqquz nəfər xəsarət alıb.
Rusiyanın Tambov vilayətinin Kirsanov bələdiyyə dairəsində yaşayış binasında məişət qazı partlayışı baş verib.
Lim10.az-ın məlumatına görə, bu barədə bölgə qubernatoru Maksim Yeqorov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayış dördüncü mərtəbədə baş verib və nəticədə dağıntılar olub. Partlayışdan sonra baş verən yanğın lokallaşdırılıb.
İlkin məlumata görə, iki nəfər həlak olub. Səkkiz nəfər tibbi yardım üçün müraciət edib, beş nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.