Bill Qeyts COVID-19 peyvəndinə görə məhkəməyə çıxarılacaq

ABŞ-li milyarder və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts Niderlandda məhkəməyə çıxarılacaq. O, koronavirus peyvəndlərinin təhlükəsizliyi ilə bağlı insanları aldatmaqda ittiham olunur.

Lim10.az-ın məlumatına görə, bu barədə "The Gateway Pundit" yazır.

Nəşrin qeyd etdiyi kimi, Qeyts peyvəndləmənin fəal tərəfdarıdır. Sahibkar uzun müddətdir ki, insanları COVID-19-a qarşı peyvənd etməyə çağırır. Və bəziləri həqiqətən də ona qulaq asıblar. Lakin hər şey kədərli sonluqla bitib.

Yeddi iddiaçı məhkəməyə müraciət edərək peyvəndləmə nəticəsində xəsarət aldığını və indi həm fiziki, həm də psixoloji cəhətdən əziyyət çəkməyə məcbur olduğunu iddia edib. Özü də peyvənd etdirmək qərarını guya bir sıra şəxslərin, o cümlədən Qeytsin çağırışları səbəbindən qəbul ediblər.

Bundan əlavə, sahibkar "peyvəndlər haqqında yalan bəyanatlar" verməkdə ittiham olunur. Nəşrin vurğuladığı kimi, o, peyvəndlərin virusun ötürülməsini dayandırmaq, həmçinin xəstəliyin və ölümün qarşısını almaq qabiliyyəti barədə bəyanatlar verib.