Gürcüstanda parlament seçkisi: "Gürcü arzusu" 54.24% səslə liderdir

Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 54.24% səslə qalib gəlib.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bu nəticə seçki məntəqələrində səslərin 97 faizinin əl ilə sayılmasından sonra Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında əks olunub.

MSK-nın məlumatına görə, "Gürcü Arzusu" 54.24%, "Dəyişikliklər Koalisiyası" 10.805%, "Vahid Milli Hərəkat" 10.07%, "Güclü Gürcüstan" 8.722% və "Qaxariya - Gürcüstanın Naminə" partiyası isə 7.725% səs toplayıb.