Avstriyada şəhər meri güllələndi

Avstriyanın Almaniya ilə sərhədi yaxınlığında yerləşən Kirxberq şəhərində silahlı şəxs axtarılır.

Lim10.az Bild-ə istinadən xəbər verir ki, ovçu olduğu deyilən şəxs şəhərin meri Frants Hoferi, daha sonra isə başqa bir şəxsi güllələyib.

Polis mümkün şübhəli sayılan 56 yaşlı yerli sakin Roland Drekslerin fotosunu yayıb.

Bildirilir ki, qətllərin motivi ov hüququ ilə bağlı münaqişələr ola bilər. Gərgin vəziyyətə görə polis bəzi yerli məmurları mühafizə altına alıb. Polisin məlumatına görə, şübhəlinin axtarışında əməliyyat bölmələri, o cümlədən xüsusi təyinatlılar və zirehli texnika iştirak edir.

Təsdiqlənməmiş məlumata görə, ölənlərin sayı ikidən çox ola bilər.