Rusiyanın Dağıstan Respublikasında bloqerin yerli "Əs-Salam" qəzetini yandırması qalmaqala səbəb olub.
Lim10.az bu barədə Rusiyanın "Telegram" kanallarına istinadən xəbər verib.
Belə ki, Mahaçqala şəhərində dərc edilən "Əs-Salam" qəzetində Quran ayələrinin olmasına baxmayaraq, gənclər qəzeti yandıraraq trend video çəkmək, həmçinin xəz mağazasının məhsullarını reklam etmək istəyiblər. Bu isə yerli ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.
Öz növbəsində, gənclər hamıdan üzr istəyərək, məqsədlərinin əyləncəli video çəkmək olduğunu vurğulayıblar. Onlar qəzetdə dərc edilən materiallardan xəbərsiz olduqlarını bildiriblər.