Sadır Japarov ölkə himninin dəyişdiriləcəyini açıqlayıb

Qırğızıstan Prezidenti Sadır Japarov parlamentin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyib.

Lim10.az xəbər verir ki, Qırğızıstan prezidenti bu barədə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan dövlət kimi tam formalaşıb.

"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə S.Japarov bildirib.