Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif İYİ Partiyanın sədri Meral Akşenerə qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.
Lim10.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin vəkili Hüseyn Aydın açıqlama verib.
"Prezidentin təhqir olunması ilə bağlı istintaqa təqdim edilən şikayətlərə xitam verilib, həmçinin mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı dörd mülki iddiadan da imtina edilib", - deyə R.T.Ərdoğanın vəkili vurğulayıb.
Qeyd edək ki, M.Akşener Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini tənqid edərkən təhqiramiz ifadələrə yol vermişdi.