Şabranda dörd yaşlı qızın dəhşətli ölümünün TƏFƏRRÜATI

Şabranda barədə təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Padar kənd sakini olan 4 yaşlı Fatimə Müzəffər qızı İsmixanova götürdüyü bıçaqla meyvə doğramaq istəyib.

O, bıçaqla mətbəx otağına keçən zaman ayağı qapının çərçivəsinə ilişib.

Bədbəxtlikdən qız yıxılarkən əlindəki bıçaq onun sağ boyun nahiyəsini deşib. Nəticədə azyaşlı ölüb.

Faktla bağlı araşdırma aparılır.