Xırdalanda yaşayış binasındakı yanğının səbəbi tezalışan üzlüyüdür?

Oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərində (Abşeron Gənclər Şəhərciyi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və qısa zamanda yanğın söndürülüb.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə baş verən yanğının binanın tezalışan materialla üzlənməsi səbəbindən baş verdiyi iddia olunur. Bununla bağlı yayılmış videogörüntülərdə binaya alkopan üzlük çəkildiyi deyilir.

Yayılan iddialara cavab almaq üçün aidiyyəti dövlət orqanlarına sorğu ünvanladıq. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanan binanın üzlüyü ilə bağlı ekspertiza aparılacaq:

"Qeyd olunan binanın üzlüyündən nümunə götürülərək materialın odadavamlılıq dərəcəsi müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək. Bununla yanaşı, binaların odadavamlı materiallarla üzlənməsi ilə bağlı sonuncu dəfə cari ilin mart ayında aidiyyəti üzrə yerli icra hakimiyyətinə rəsmi müraciət edilib".

Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələnin araşdırılıb cavablandırılacağı bildirilib.

Qeyd edək ki, 30 binadan ibarət Abşeron Gənclər Şəhərciyi 2008-2009-cu illərdə inşa olunub.

Xırdalanda yaşayış binasındakı yanğının səbəbi tezalışan üzlüyüdür?

Xırdalanda yaşayış binasındakı yanğının səbəbi tezalışan üzlüyüdür?