Rusiyaya işləyən ukraynalı deputat həbs edildi
![](https://lim10.az/images/article/big/1675158806_405.jpg)
Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata əsasən, saxlanılan deputat "Müxalifət Platforması – Həyat Üçün" (OPZJ) Partiyasındandır və adı açıqlanmır. Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə casusluq etdiyi aşkar olunduğu bildirilir. Məlumata görə, deputat strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. Bildirilib ki, o, 2022-ci ilin oktyabrından Baxmut ərazisinə Müdafiə Qüvvələrinin bölmələrinin yerləşdirilməsi ilə bağlı məlumat toplayıb və yerli mühüm infrastruktur obyektlərinin, o cümlədən enerji istehsal edən müəssisələrin koordinatlarını təhvil verib.
Qeyd edək ki müharibə müddətində Ukraynanın seçkili və inzibati orqanlarında bir sıra vəzifəli şəxslər casusluq və xəyanət səbəbi ilə saxlanılıb.