Moskva Bakı ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qalmaq istəyir və hesab edir ki, bütün fikir ayrılıqları konstruktiv şəkildə həll olunmalıdır.
Lim10.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz hələ də hesab edirik ki, məntiqlə yanaşdıqda bir şey aydındır: Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq dövlətlər olaraq qalmalıdır. Onları ortaq tarix, ortaq bu gün və ortaq gələcək birləşdirir”, – deyə Peskov bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, iki ölkə arasında yaranan istənilən fikir ayrılığı qarşılıqlı münasibətlərin ruhuna uyğun şəkildə həll olunmalıdır.