Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.
APA xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Vüsal Aydın oğlu İsmayılov yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.
O, idarə etdiyi maşını Zığ şosesində işıq dirəyinə çırpıb.
Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.