Rüfət Səfərov həbs edildi

İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.

Lim10.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rüfət Səfərovun vəkili Cavad Cavadov məlumat verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dekabrın 3-də . Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilir.