Fikrət İsayev vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb.

Lim10.az -ın məlumatına görə, fizika-riyaziyyat elmləri doktoru, professor Fikrət İsayev vəfat edib.

O, Azərbaycan Tibb Universitetində çalışırdı. 

Allah rəhmət eləsin!

Qeyd edək ki, Fikrət İsayev 1935-ci ildə Ağsuda doğulub.

Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi, professor olub. 

1985-ci ildə Sankt-Peterburq Politexnik İnstitutu Elmi Şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb.