11 yaşlı Nurayın dəstəyə ehtiyacı var: Vəziyyəti ağırlaşıb
11 yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Səbinə Salahova məlumat verib.
O bildirib ki, övladı serebral iflic və ürək xəstəliklərindən əziyyət çəkir:
"Nurayın 11 yaşı var, o, doğularkən həkimin qucağından düşüb. Həmin dövrdən o, serebral iflic xəstəliyindən əziyyət çəkir. Nuray iki dəfə ürək əməliyyatı da keçirib. Artıq bir neçə ildir biz Nurayı hər 6 aydan bir Türkiyəyə müayinəyə aparırıq. Nurayın bağırsaqlarında da problem var, hər altı aydan bir orada ona kök hüceyrə sistemi köçürülür. O sistem köçürülməzsə, Nurayın qarnı şişir, səhhətində ciddi problemlər yaranır".
Gənc ana üç övladına təkbaşına baxdığını bildirib:
"Mənim üç övladım, bir də 78 yaşlı anam var. Uşaqlara görə mən tam gün işləyə bilmirəm, səhərlər təndirxanaya gedib yuxa yayıram. Gününə 13-14 manat alıram, yaşlı anam isə yollarda limon, kəklikotu, öz əkdiyi gülləri satır ki, dolana bilək. Yoldaşım aylar öncə işləmək adı ilə Rusiyaya yollandı. Həmin gündən də nə uşaqlara maddi, nə mənəvi dəstək olmur. Biz bir ay öncə İstanbuldan gəlmişik, hazırda Nurayın dərmanlarını almaq üçün imkanımız çatmır. Yeddinci dərəcəli skoliozdur, ayağı tamamilə əyilib, ayağına geyindirdiyimiz tutoru da qırılıb. Nurayın müalicələri üçün 600 manata, tutorunu yenidən ala bilmək üçün isə 350 manata (cəmi 950 manata) ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə, övladıma bu dəfə də dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-61-47.
Kapital Bank: 4169 7388 2994 1768.