“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

“Bakcell”in innovasiya tərəfdaşlığı ilə təşkil olunan “Media Savadlılığı” Konfransı uğurla başa çatıb.
“lim10.az” xəbər verir ki, tədbir çərçivəsində media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya ekosistemi və süni intellektin bu sahəyə təsiri ətrafında müzakirələr aparılıb.
Konfrans media savadlılığı sahəsində peşəkar dialoqun gücləndirilməsi və mövzu üzrə davamlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri “Bakcell” tərəfindən mükafatlandırılıb. Bu təşəbbüs “Bakcell”in süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.
“Bakcell” innovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin müzakirə gündəminə daxil edilməsinə dəstək göstərib.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.























