Azərbaycanda xəstəxanaya yeni direktor TƏYİN OLUNDU

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Lim10.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Elnur Məzahir oğlu Abdullayev sözügedən vəzifəyə gətirilib.

Yeni direktor bu gün kollektivə təqdim edilib.

Elnur Abdullayev bundan əvvəl xəstəxanada direktor müavini-baş həkim vəzifəsində çalışıb.