11 ildir həll edilməyən məsələ: Qəsəbə sakinləri su xətinin çəkilməsini gözləyirlər
Xəzər rayonu, Binə qəsəbəsi, şəhid Elgün Hüseynov adına olan küçədə su problemi yaşanır.
Lim10.az Xəzər TV-yə istinadla xəbər verir ki, qəsəbənin bəzi küçə və məhəllələrinə su xətti çəkiblər, amma digərlərində yoxdur. Onlarla sakin suyu ya maşınlarla alır, ya da mağazadan almaq məcburiyyətində qalır.
Sakinlər iddia edirlər ki, qəsəbədən keçən su xətti onların yaşadığı məhəllədən təxminən 1 kilometr uzaqdadır, onlar isə 11 ildir, həmin yerdən çəkiləcək su xəttinin yolunu gözləyirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su xəttinin çəkilməsi ilə bağlı müvafiq addımlar atılıb. Qeyd olunan əraziyə su xəttinin çəkilməsi ilə bağlı layihə sənədləri tərtib edilib. Layihənin icrası yönündə növbəti mərhələ maliyyə qiymətləndirilməsindən ibarət olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: