BMT ekspertləri İranda "Məcburi Hicab Qanunu"nun ləğvinə çağırıblar

İranda "Hicab və İffət Qanunu"na beynəlxalq reaksiyalardan sonra BMT ekspertləri dünən sözügedən qanunun qəbulu, icrası və vətəndaşlar üçün nəticələri barədə bəyanat yayaraq, narahatlıqlarını ifadə edblər.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

"Hicab və İffət Qanunu" qadınların bədənləri üzərində hökumət nəzarətinin gücləndirilməsini və qadınların hüquq və azadlıqlarına daha da qəsd edilməsini göstərir. İran hökumətindən onu dərhal ləğv etməsini istəyirik", - deyə bildirilib.

Ekspertlərin sözlərinə görə, hicab taxmamaq cərimələrlə nəticələnsə də, yeni qanun məcburi hicaba qarşı çıxanlar üçün daha ağır cərimələr və 15 ilə qədər həbs cəzasını nəzərdə tutur, eləcə də Ədliyyə-Məhkəmə Sisteminə ölüm cəzası tətbiq etmək imkanı verir.