Cəbrayılın balaca sakinlərinin qar sevinci
Cəbrayıl şəhər sakinləri günə qarın sevinci ilə oyanıblar. Ağ örpəyə bürünən şəhər gözəlliyi ilə diqqət çəkir.
Lim10.az AZƏRTAC-a istinadən xəbər ki, ölkəmizin bir sıra bölgələrində olduğu kimi, gecə saatlarından Cəbrayıl şəhərinə də qar yağmağa başlayıb. Bir neçə saat ərzində ətraf tamamilə ağ örpəklə örtülüb. Şəhərdə qarın ən çox sevincini yaşayan isə uşaqlar olublar.
Cəbrayıl şəhərindən görüntüləri təqdim edirik.