Moskvada güclü partlayış - Həlak olan general və köməkçisidir?
Rusiya paytaxtında güclü partlayış baş verib, iki nəfər həlak olub.
Lim10.az-ın məlumatına görə, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
İlkin məlumata görə, partlayış yaşayış binasının birinci mərtəbəsində baş verib.
Rusiya "Telegram" kanallarında iddia olunur ki, hadisə nəticəsində RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar. Bildirilir ki, əldəqayırma partlayıcı qurğu binanın girişinə qoyulub. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Fotoda: İqor Kirillov.
Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb.
Partlayış yerində müstəntiqlər və kriminalistlər əməliyyat xidmətlərinin əməkdaşları ilə birlikdə işləyirlər.