2017-ci ildə dünyanın ən kök insanı kimi Ginnesin Rekordlar Kitabına düşən meksikalı Xuan Pedro Franko vəfat edib.
“Lim10.az ” xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb.
“Dünyanın ən kök adamı kimi tanınan meksikalı Xuan Pedro Franko 41 yaşında böyrək infeksiyasından vəfat edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2017-ci ildə Franko Ginnesin Rekordlar Kitabına dünyanın ən ağır insanı kimi daxil olduş O zaman onun çəkisi 595 kiloqram idi.



















