Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

Bir yaşlı Həsən və Zeynəb Fərzəliyevlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

Bu barədə Lim10.az-a onların atası Elnur Fərzəliyev məlumat verib.

O bildirib ki, övladlarının ikisi də bronxial astma xəstəliyindən əziyyət çəkir:

"Həsən və Zeynəb əkizdirlər. Yoldaşımın hamiləlik dövründə səhhətində ciddi problemlər yarandı. Buna görə də uşaqlar vaxtından tez dünyaya gəldilər. Doğulduqları gündən etibarən bir müddət küvəzdə qaldılar. Daha sonra isə övladlarımızı da götürüb evə çıxdıq. Uşaqların müayinələri zamanı onların bronxial astma xəstəliyindən əziyyət çəkdiklərini öyrəndik. Aylardır onların müalicələrini bir təhər etmişəm, indi isə, demək olar ki, tükənmişəm".

Elnur Fərzəliyev övladlarının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib.

"Bizim Həsən və Zeynəbdən başqa iki övladımız da var. Özümüz Biləsuvar rayonunda yaşayırıq, elə rayonumuzda da fəhləlik edirəm. Tək fəhləliklə 4 uşağa baxmaq, inanın ki, mümkünsüzdür. Hazırda əkizlərin müalicəsini davam etdirə bilmək üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 870-34-54.

Beynəlxalq Bank: 5522 0993 6503 3596.