Respublika Klinik Xəstəxanasının təmirə bağlanan şöbələri necə fəaliyyət göstərəcək?

"Respublika Klinik Xəstəxanasının terapevtik xidmət verən şöbələri Bilgəh Modul Xəstəxanasına köçürülüb".

Lim10.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Respublika Klinik Xəstəxanasının həmin korpusu artıq təmirə bağlanıb:

"Məqsədimiz budur ki, gələn ilin ortalarına kimi təmir işləri yekunlaşsın. İlin sonuna tam olaraq həmin şöbələr fəaliyyətə başlayacaq. Amma məcburi şəkildə bu şöbələrin fəaliyyətinin təmin edilməsi məqsədilə Bilgəh Modul Xəstəxanasından istifadə etmişik. Ehtiyac olan bütün müayinələr modul xəstəxanasında həyata keçirilir".

Məhərrəm Əliyev