Tramp yeni saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Floridadakı qolf klubunda yeni saç düzümü ilə görüntülənib.

Lim10.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Siyasətçinin yeni saç düzümü ilə görüntüləndiyi qısa video "X" sosial şəbəkəsində paylaşılıb. Videoda Tramp insanların yanından keçərək əlini yelləyir və soruşur: "Hamı respublikaçıdır?"

Trampın saçlarının əvvəlkindən daha qısa görünməsi internetdə geniş müzakirələrə səbəb olub.

Qeyd olunur ki, Trampın əvvəlki saç düzümü onilliklər ərzində onun ictimai imicinin və brendinin əsas elementi olub.

Xatırladaq ki, Tramp hər zaman saçlarına yaxşı qulluq etdiyini vurğulayıb.

"Hamı bilir, hətta nifrət edənlər də etiraf etməkdən çəkinirlər: mən parik taxmıram. Saçlarım mükəmməl olmaya bilər, amma öz saçlarımdır", - deyə o, 2013-cü ildə "X" sosial şəbəkəsində yazmışdı.