Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin ehtimala görə, hadisəyə KİA markalı avtomobilin aşması səbəb olub. Sürücü Zəfər Cəfərovun idarə etdiyi avtomobilin aşması ilə özü və polis mayoru olan dostu Ceyhun Axundov həyatlarını itiriblər.
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.
Hərəkətdə olan KIA markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı iki nəfər hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.