Paytaxtın mərkəzindəki velosiped zolağına çəkilən boya ƏTRAFA YAYILIB
Ötən ay istifadəyə verilmiş və Bakı şəhərinin nəqliyyat infrastrukturunda mühüm rol oynayan "28 May" Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) ərazisində çəkilən mikromobillik zolağı son günlərdə müzakirə mövzusuna çevrilib.
Lim10.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə mikromobillik zolağına çəkilən boyanın ətrafa yayıldığı müşahidə olunub.
Məsələ ilə bağlı Lim10.az-a açıqlama verən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən bildirilib ki, bu cür mənzərə həmin zolağın kiçik bir hissəsində aparılan təmir işləri zamanı qeydə alınıb.
"Ən qısa zamanda zolağın boyası bərpa edilib və artıq ərazidə heç bir nöqsan mövcud deyil".
Xatırladaq ki, "28 May" Nəqliyyat Mübadilə Mərkəzi 2024-cü il istifadəyə verilib.
Əzizə İsmayılova