Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
Yeddi aylıq Zeynəbin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Bahar Əhmədova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə sidik kisəsi qüsuru ilə doğulub.
"Zeynəb hazırda yeddiaylıqdır. O, anadangəlmə sidik kisəsinin qüsuru ilə doğulub. İlkin müayinələr zamanı həkim ona bu diaqnozu qoyub. Biz onun analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Oradan bizə Zeynəbin əməliyyat olunmalı olduğu deyildi".
Gənc ana övladının əməliyyatı üçün xeyirxah şəxslərə səslənib.
"Həkimlər Zeynəbin tez bir zamanda əməliyyat olmazsa, vəziyyətinin daha da çətinləşəcəyini deyir. Hazırda əməliyyat üçün lazım olan 3000 dolların 1400 dollarını toplasaq da, qalan məbləğimiz hələ də çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 888-65-80.
Beynəlxalq Bank: 5522 0993 6226 7072.