Ramana qəsəbəsinin sakinləri bir aydır suyun içində qalıblar
Ramanı qəsəbəsinin sakinləri 1 aydır suyun içindədirlər. Küçədə uzunboğaz çəkməsiz hərəkət etmək mümkün deyil.
Lim10.az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə, İstiqlal küçəsindən gedir.
Sakinlər bildirirlər ki, 1 aydır vəziyyət belə davam edir. Hər dəfə qonşular pul yığıb yola qum tökdürürlər ki, suyun səviyyəsi aşağı düşsün.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, mövcud vəziyyətin yaranmasına səbəb ərazidə kanalizasiya sisteminin olmamasıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsi yoxdur.
Qrunt suları ətrafdakı kanala axır. Həmin kanal neft tullantılarının axıdılması üçün nəzərdə tutulub. Kanal dolduğuna görə qrunt suları ətrafa yayılır.
Ətraflı süjetdə: