Bir yaşlı Əsəd təcili əməliyyat olunmalıdır
Bir yaşlı Əsədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Aidə Rəhimova məlumat verib.
O bildirib ki, övladı Uretro hidrenefroz xəstəliyindən əziyyət çəkir:
"Əsəd bir yaş üç aylıqdır. O anadangəlmə böyrək qapalılığı xəstəliyindən əziyyət çəkir. Biz Əsədin xəstəliyini doqquzaylıq olarkən öyrəndik. Həkimlər onun təcili əməliyyata alınmalı olduğunu deyib, əməliyyat etdilər. Hazırda Əsəd yenidən əməliyyat olunmalıdır. Bunun üçün isə bizim 6 500 manata ehtiyacımız var".
Aidə Rəhimova övladının əməliyyatı üçün yardımsevər şəxslərə səslənib:
"Əsədin sidik kanalı qarnındadır, əməliyyat zamanı bu kanal öz yerinə, sidik kisəsinə yerləşdiriləcək. Əməliyyat Bakıda yerləşən xəstəxanalardan birində həyata keçiriləcək. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik. Biz Ağcabədi rayonunda yaşayırıq, yoldaşım fəhləlik edir, özüm isə uşaqlara görə işləyə bilmirəm".
Ailə ilə əlaqə: (050) 418-62-69.
Kapital Bank: 5239 1517 1221 5733.